Ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil etmiş, “Səs Azərbaycan” yarışmasının mükafatçısı, bu il Laçında 28 May - Müstəqillik Günü münasibətilə keçirilmiş konsertin iştirakçısı gənc xanəndə İlkin Dövlətov Qarabağda, Şərqi Zəngəzurda doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərin sevinc və qürur hissi keçirdiklərini görüb. O, bununla bağlı təəssüratını bölüşür.
Sabahinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.
Gənc ifaçı İlkin Dövlətovla müsahibədən hazırlanmış videoçarxı təqdim edirik.