Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazidəki fermada işləyən Bərdə rayon sakini Zahid Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən başından xəsarət alıb. Sabahinfo.az-ın daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, bədbəxt hadisə yanvarın 27-də baş verib.
Laçın RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı tüfəng götürülüb.
Araşdırma aparılır.