Poroşenko Rusiyaya qarşı sanksiyaları artırır

Prezident Petro Poroşenko Ukraynanın ərazi bötüvlüyü və suverenliyinin pozulmasında təqsirli bildiyi rusiyalı fiziki şəxslərə, eləcə də şirkətlərə qarşı tətbiq olunan sanksiyalar siyahısını artırır.

Bu barədə Poroşenko Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər Rusiyanın hərbi-sənaye komplekslərinə, maliyyə institutlarına, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının bərqərar olunmasını dəstəkləyənlərə, eləcə də Krımda fəaliyyət göstərən dəniz və hava nəqliyyatı şirkətlərinə qarşı tətbiq olunacaq.

Ukrayna prezidenti həmçinin təklif edib ki, sanksiyalar siyahısına Krım ərazisində Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə iştirak edəcək şəxslərin də adı əlavə olunsun.