Poroşenko Saakaşvilinin istefasının səbəbini açıqladı

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili tərəfdarlarının Gürcüstanda parlament seçkilərində uduzduğuna görə vəzifəsindən istefa verib.

sabahinfo.Az-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı, noyabrın 8-də,"İnterfax” nəşri məlumat verir.

"Mən ümid edirəm ki, sabah hökümət Saakaşvilinin istefasının qəbul edəcək. Bəziləri Gürcüstandakı seçkilərdə məğlubiyyətdən Ukraynada siyasi fəallığa başlayıblar”, - o deyib.

Poroşenko əlavə edib ki, Ukraynaya islahatların həyata keçirilməsi üçün dəvət alan gürcü ictimai xadimlər fəaliyyətlərini davam etdirilər.