Poroşenkodan vacib bəyanat

Ukrayna Avropa İttifaqı ölkələri və Transatlantik tərəfdaşları ilə Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına dair məsləhətləşmələr aparır.

Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) iclasını açarkən bəyan edib.

Ukrayna dövlət başçısı Donbasda münaqişəsinin nizamlanması məsələsinə də toxunub. "2016-cı ildə Minsk prosesi olmayacaq. Bütün öhdəliklər 2015-ci ildə yerinə yetirilməlidir”, deyə P.Poroşenko qeyd edib.