Premyer Liqada rekord təkrarlandı

"Çelsi" İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb.

Sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, London klubu bir mövsümdə qazanılan ardıcıl qələbə sayını 13-ə çatdırıb.

Bu, çempionatın rekordunun təkrarıdı. "Stok Siti" üzərində 4:2 hesablı qələbə ilə "Çelsi" "Arsenal"a çatıb. Sonuncular 2001/02 mövsümünün son 13 matçında xal itirməmişdi.
 
Premyer Liqanın qələbə seriyasında rekord isə 14-ə bərabərdi. "Arsenal" 13 qələbə qazandığı mövsümün ardından növbəti çempionatın ilk oyununda da 3 xal əldə etmişdi.