"Aprel döyüşləri bizim şanlı tariximizdir”.
sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev Tərtərə səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı aprel döyüşləri zamanı Azərbaycan Ordusunun da, Azərbaycan vətəndaşının da qəhrəmanlıq göstərdiyini vurğulayıb:
"Ordumuz düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad edib. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi.
Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir”.
"Bizim tarixi coğrafiyamız çox geniş olub”, - deyən dövlət başçısı İrəvanın, Göyçənin, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edib.