Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.
Sabahinfo.az-ın məlumatına görə, səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçib.
N. Kanellos etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edilib.