ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan yeni həmsədr Endrü Şofer regiona səfərinin yükunlarına dair bəyanat yayıblar.
Sabahinfo.az-ın məlumatına görə, bəyanatda deyilir ki, həmsədrlər oktyabrın 6-da İrəvanda prezident Serj Sarkisyan, 7-də isə Bakıda prezident İlham Əliyevlə görüşlər keçiriblər:
Qeyd olunub ki, hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər: "Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər”, - vasitəçilərin bəyanatında deyilir.
Görüşlərdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib.(azvision.az)