Bu gün MDB-nin Bişkekdə keçirilən sammitində quruma sədrliyin 1 yanvar 2017-ci ildən Rusiyaya keçməsi barədə qərar qəbul edilib.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan prezidentiAlmazbek Atambayev bildirib.
A. Atambayev prosedura uyğun olaraq MDB dövlət başçıları Şurasının iclasında Rusiya prezidenti Vladimir Putinə Rusiyanın MDB-yə sədrliyi qəbul edib-etmədiyi barədə sual verib. V. Putin isə bu vəzifəni şərəflə qəbul etdiklərini bildirib.