Putin Türkiyəyə səfərə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin oktyabrda Türkiyəyə səfər edə bilər, Kreml müvafiq rəsmi bəyanatı bütün hazırlıq tədbirləri başa çatdıqdan sonra verəcək. 

sabahinfo.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Bu istisna edilmir. Hazırlıq tədbirləri yekunlaşdırıldıqdan sonra biz müvafiq bəyanatı verəcəyik”, - Peskov bunu Türkiyə Palata və Birjalar Şurasının rəhbərinin oktyabrda Putinin Türkiyəyə səfər edə biləcəyinə dair bəyanatını şərh edərkən çərşənbə günü bildirib.

Rusiya və Türkiyənin münasibətlərində böhran 2015-ci ilin noyabrında Türkiyə ordusuna malik qırıcının Suriyada terror əleyhinə əməliyyatda iştirak edən "Su-24” bombardmançısını vurduqdan sonra yaranıb. 2016-cı ilin yanvarın 1-dən Rusiya bir sıra normativ aktlarla Türkiyədən ərzaq gətirilməsinə qadağa qoydu, Türkiyə ilə vizasız rejimi dayandırdı, türk vətəndaşlarının Rusiyada əmək fəaliyyətinə məhdudiyyətlər qoydu.