Putin və Ərdoğan Hələbdə atəşkəsin tətbiqini müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirdiyi telefon danışığı zamanı Qurban bayramında  Suriyanın Hələb şəhərində  atəşin dayandırılması üzrə addımların aktivləşdirilməsinin vacibliyini qeyd ediblər.

 

APA-nın xəbərinə görə, bu barədə məlumatı  "Röyters”ə Türkiyə liderinin ətrafındakı mənbələr bildirib.

 

 Məlumata görə, prezidentlər Suriyanın sərhəd rayonlarının  İŞİD daxil olmaqla bütün terror qruplaşmalarından təmizlənməsinin vacib olduğunu qeyd edib.

 

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

 

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin və Rəcəp Tayyib Ərdoğan iki ölkə arasında olan münasibətləri, bundan sonra əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

 

Telefon danışığı zamanı Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Suriya münaqişəsinin həllinə dəstəklə bağlı səylərin koordinasiya edilməsi məqsədi ilə müxtəlif kanallarla aktiv təmasların davam etdirilməsi razılaşdırılıb.