Noyabr ayında Vladimir Putinin populyarlıq reytinqi maksimum səviyyəyə çıxıb.
sabahinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin apardığı rəy sorğusunda rusların 82,6%-i Putinin prezidentliyindən razı qaldıqlarını deyib.
Amma hökumətdən razı olanların sayı 60,2% təşkil edib.
Ən yüksək etibar göstərilən institutlar ordu (82,8%), kilsə (71,2%) və KİV (62,5%) olub.