Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, keçmiş mədəniyyət naziri Mixail Şvıdkoy Polad Bülbüloğluunun YUNESKO Baş katibliyinə namizədliyi zamanı etdiyi təqdimatdan yazıb.
Modern.azRusiya KİV-nə istinadən xəbər verir ki, rusiyalı məmur Polad Bülbüloğunun namizədlik təqdimatının təkrarsızlığında danışıb.
"Aprelin 21-də Parisdəki Azərbaycan mədəniyyət mərkəzində baş tutan təqdimat zamanı unikallıq bu tipli mərasimlərə xas çıxışlarda deyil, rəsmi mərasim başa çatdıqdan sonra azərbaycanlı musiqçinin mahnı ifa etməyə başlamasında idi. Əminəm ki, YUNESKO-nun 72 illik tarixi ərzində hələ heç bir namizəd belə addım atmamışdı”.