Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun növbəti oyunları keçirilir. sabahinfo.az saytı xəbər verir ki, Ağdamın "Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubu ilə qarşılaşır. "Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Dino Ndlovu, Muarem Muarem, Rəşad Sadıqov (k), Rahid Əmirquliyev, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov və Dani Kintana yer alıblar.
PAOK komandasının heyətində isə Panagiotis Qlikos (k), Leo Matos, Marin Leovac, Mame Baba Tiam, Calma Kampos, Xose Angel Krespo, Qyoko Cimirot, Qarri Rodriges, Yevgen Şaxov, Fernando Varela və Xose Kanyas meydana çıxıblar.
Baş hakim Alon Yefetin rəhbərliyi ilə israilli hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb.
Oyunu hücum şəraitində keçirən "Qarabağ” komandası istəyinə ikinci hissədə çatıb. Belə ki, oyunun 56-cı dəqiqəsində Kintana "Qarabağ"ın ilk qolunu vurub. Hazırda hesab 1:0 "Qarabağ” komandasının xeyrinədir.