Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.
sabahinfo.Az xəbər verir ki, Azərbaycanın "Qarabağ” klubu səfərdə İtaliyanın "Fiorentina” komandasının qonağı olub.
Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Fiorentina”nın heyətində Babakar (39, 45+2) və Zarate (63, 78) dubla imza atıblar, daha bir dəfə isə Kaliniç fərqlənib (43).
Ağdam təmsilşisinin təsəlli qolunu hakimin əlavə etdiyi dəqiqələrdə Ndlovu vurub.
Qeyd edək ki, qarşılaşmanın 30-cu dəqiqəsində Elvin Yunuszadə qırmızı vərəqə alaraq "Qarabağ”ı azlıqda qoyub.