Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sabahinfo.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İranikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi. Siyasi əlaqələrimizin bu gün ən yüksək pilləyə qalxdığını deyənPrezidentİlham Əliyevson illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüşün keçirilməsinin münasibətlərin inkişafında xüsusi rolunu qeyd etdi. Dövlətimizin başçısı digər səviyyədə qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini vurğuladı. Xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını deyənPrezidentİlham ƏliyevAzərbaycan-İrandostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
İranİslamRespublikasınınSilahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd BaqeriPrezidentHəsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Məhəmməd Baqeri bildirdi ki,İranın Ali Rəhbəri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra daha çox güclənməsini zəruri hesab edir. Qonaq qeyd etdi ki, AzərbaycandaPrezidentİlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş inkişaf, əmin-amanlıq və sabitlikİranxalqı tərəfindən sevinclə qarşılanır. O, xalqlarımızın əsrlər boyu müştərək tarixə və mədəniyyətə malik olduğunu dedi və əlaqələrimizin bu gün də uğurla inkişaf etdiyini vurğuladı.
Məhəmməd Baqeri bildirdi ki,İranQarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir,İranbu məsələdə hər zaman Azərbaycanın yanındadır.
Prezidentİlham Əliyevbu qardaşlıq mövqeyinə görə onun təşəkkürlərininİranrəhbərliyinə çatdırılmasını xahiş etdi və Azərbaycanınİrantərəfinin bu ədalətli mövqeyini yüksək qiymətləndirdiyini bildirdi. Dövlətimizin başçısı işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılması barədə Məhəmməd Baqerini məlumatlandırdı.
Dövlətimizin başçısıİranİslamRespublikasınınPrezidentiHəsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarınıİranPrezidentinə çatdırmağı xahiş etdi.