“Qarabağ”dan daha bir qələbə

Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyunlar keçirilib. sabahinfo.az saytı xəbər verir ki, turun ilk oyununda "İnter" klubu "Qəbələ"ni qəbul edib. Bu komandalar arasındakı oyun 1:1 hesabı ilə yekunlaşıb.

Turun daha bir maraqlı qarşılaşması  "Qarabağ” klubu "Sumqayıt” arasında olub. Rəqib komandanı 3 dəfə oyuna mərkəzdən başlamağa məcbur edən "Qarabağ” növbəti qələbəsini qazanıb.  Bununla da "Qarabağ” xallarını 16-ya yüksəldib.