Yunanıstanın Saloniki şəhərinin "Tumba” stadionunda Avropa Liqasının IV turu çərçivəsində keçirilən PAOK - "Qarabağ” oyununda yerli azarkeşlər təxribata əl atıblar.
sabahinfo.Az-ın Report-a istinadən məlumatına görə, PAOK azarkeşləri stadiona Ermənistan bayrağı ilə gələrək əvvəlcədən əldə olunmuş razılığı pozublar.
Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra bayraq yığışdırılıb.
İki klubun razılığına əsasən, azsaylı "Qarabağ” azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil ola bilməzlər.