Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıtjan Saqintayevi baş nazir vəzifəsinə təyin edib.
Sabahinfo.Az report-a istinadən bildirir ki, bu barədə dövlət başçısının rəsmi saytında dərc olunmuş fərmanda deyilir.
Sentyabrın 8-də N.Nazarbayev respublika hökumətində dəyişikliklər edib.
Nazirlər Kabinetinin rəhbəri Kərim Məsimov vəzifəsindən azad olunub və Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilib.