Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ikinci turuna start verilib.
sabahinfo.Az xəbər verir ki, "Qəbələ” Bakıda Almaniyanın "Maynts” klubunu qəbul edib.
Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollar: Ruslan Qurbanov, 57 (pen.), Zenyov, 62 - Muto, 42, Kordoba, 68, Levin Öztunalı, 78.
Qeyd edək ki, "Qəbələ” ilk oyununda səfərdə Belçikanın "Anderlext” klubuna 1:3 hesabı ilə məğlub olmuşdu.