Qəbələnin Pirəlli kənd sakini Ağababev Vasif Akif oğlu şəhərin girəcəyində həyat yoldaşı, Ağababayeva Afət Həsənağa qızının boğazını bıçaqla kəsib.
Sabahinfo.az ARB Şəki-yə istinadla xəbər verir ki, ilkin ehtimala görə hadisə qısqanclıq zəminində baş verib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.
Qeyd edək ki, ötən ilin oktyabrında Qəbələnin Kürd kəndində də analoji hadisə qeydə alınmışdı. Ər ailə münaqişəsi zəminində həyat yoldaşını boğaraq qətlə yetirmişdi.