Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Buna münasibət bildirən İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, ölkə başçısı uzun müddətdir ki, bu sahədə gedən proseslərə nöqtə qoyacaq bir qərar verərək, Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı imzalayıb.
Bu fərman və ölkə başçısının mövqeyi onu sərgiləyir ki, bu sahədə şəffaflığın və hesabatlılığın təmin olunması ilk növbədə Azərbaycan üçün vacibdir:
"Fərmanda qeyd olunduğu kimi, təbii ehtiyatlardan əldə olunan gəlirlərin vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir və təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkan verən mühüm vasitədir. Fərmana əsasən bu sahədə şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənаyеsində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilаtlаr, mаliyyə qurumları, investorlar və qеyri-hökumət təşkilаtlаrı da dахil оlmаqlа, bütün mаrаqlı tərəflərin iştirakı təmin ediləcək”.
Təşkilat rəhbəri bildirib ki, bu proseslərdə əvvəllər olduğu kimi QHT-lərin də iştirakı vacib şərt kimi qoyulub: "Fərmana əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Komissiyaya hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər ilə əməkdaşlıq etmək şərti qoyulur."