Qonşuları da onun prezident olmasını istəmirlər

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Donald Tramp Florida ştatındakı 58 yataq yeri və 33 vanna otağı olan möhtəşəm "Mar-a-Laqo” malikanəsinə nadir halda gəlir. sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, Palm-Biç dairəsindəki qonşuları onun qalib gəlməsini arzulamırlar.

 

Bu dairədəki adamlar respublikaçının siyasi zəfəri nəticəsində öz rifah və rahatlıqlarını itirəcəklərindən narahatdırlar. 

Bundan əlavə, Donald Tramp qonşuları ilə xoş insani münasibət qurmağı bacarmayıb. Ona görə Palm-Biçdə yumşaq desək, onu sevmirlər.

 

Xanım Reyboldun evini Donald Trampın malikanəsindən iki metrlik hasar ayırır. Qadın deyir ki, tanınmış siyasətçi ilə qonşu olmaqdan hamıdan çox əziyyət çəkir.

Onun sözlərinə görə, əgər Tramp seçkidə qalib gələrsə, bu dəhşətli olacaq: "Bu zaman qonşuluğumuza gizli xidmət yerləşdiriləcək, bütün yollar bağlanacaq və biz şəhərdə sərbəst doilaşa bilməyəcəyik”.

 

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Bu, ölkə tarixində 58-ci prezident seçkisi olacaq. Trampın rəqibi Demokratlar partiyasının namizədi Hillari Klintondur.