Raul "Real"a qayıdır

"Real"ın canlı əfsanəsi Raul Qonzales Madrid klubuna qayıda bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, onun bu ilin iyununda klubun prezidenti Florentino Peresin köməkçisi olacağı gözlənilir.

Raul hal-hazırda ABŞ-da İspaniya Peşəkar Futbol Liqasının səfidir.

Qeyd edək ki, Raul 1994-2010-cu illərdə "Real"da çıxış edib.