“Real” finalın bir addımlığında

Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Sabahinfo.az xəbər verir ki, ilk görüşdə Madridin iki klubu üz-üzə gəlib.

"Santyaqo Bernabeu” stadionunda "Atletiko”nu qəbul edən "Real” Kriştiano Ronaldonun het-triki sayəsində qələbə qazanıb.

Portuqaliyalı ulduz 10, 73 və 86-cı dəqiqələrdə fərqlənib.

Bununla da, Ronaldo Çempionlar Liqası tarixində öz rekordunu yeniləyib. Hücumçunun hesabında 103 qol var.

Mayın 3-də keçiriləcək digər yarımfinal qarşılaşmasında Fransanın "Monako” klubu İtaliyanın "Yuventus” komandasını qəbul edəcək.