Çempionlar Liqasının ilk iki yarımfinalçısının adı məlum olub.
Sabahinfo.az xəbər verir ki, Madridin "Real” klubu cavab qarşılımasında Kriştianu Ronaldunun het-triki sayəsində (16, 17 və 77-ci dəqiqələrdə) "Volfsburq” səddini keçib.
Xatırladaq ki, bu komandalar arasında Almaniyada keçirilən ilk oyun "Volfsburq”un 2:0 hesablı qələbəsi ilə başa çatmışdır.
Digər 1/4 final qarşılaşmasında İngiltərənin "Mançester Siti” klubu doğma meydanda Fransanın "PSJ” komandasına minimal hesabla qalib gələrək yarımfinala yüksəlib.
Yeganə qolu oyunun 76-cı dəqiqəsində Kevin de Bruyne vurub. İlk oyun 2:2 hesabı ilə bitmişdir.