“Real”da oynamaq mənim arzumdur” - Əmrə Mor

Türkiyə millisinin və Dortmund "Borussiya”sının üzvü Əmrə Mor gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb.

Qol.az-ın AS-a istinadən yaydığı xəbərə görə, gənc ulduz "Real”da forma geymək istədiyini bildirib:

"Madriddə oynamaq, ulduz olmaq istəyirəm. "Real”da oynamaq mənim arzumdur. Lakin potensialım "Barselona”da da forma geyməyə imkan verir”.