Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqanın XV turunun "Qarabağ" - "Neftçi" matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
Oyunun 20-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur. Oyunun 67-ci dəqiqəsində "Neftçi" klubunun 17 №-li futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur.
Oyun bitdikdən sonra müəyyən olunmuşdur ki, "Neftçi" klubunun azarkeşləri tərəfindən stadionun 9 (doqquz) oturacağı sındırılmış və yararsız vəziyyətə düşmüşdür. Dəymiş zərərə uyğun olaraq "Qarabağ" FK klubunun təqdim edəcəyi məbləğ "Neftçi" klubu tərəfindən ödənilsin.
Azərbaycan Premyer Liqasının XV turunun "Qəbələ" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.