Rəsmi Bakıdan Avropa İttifaqına XƏBƏRDARLIQ

"Bu məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı Nümayəndəliyi tərəfindən araşdırılır”.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə xəbərlərə münasibət bildirilərkən qeyd edilib.

"Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq”-deyə XİN-in bəyanatında bildirib.


Qeyd edək ki, 10-12 dekabrda Tiflisdə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik Məclisi keçiriləcək. Bu barədə Forumun saytı məlumat yayıb.


Ancaq Tiflisdə "Şərq Tərəfdaşlığı" himayəsi altında keçiriləcək tədbirə Azərbaycan hökumətinin nümayəndələri dəvət edilməyib.