Riberi: “Təşəkkürlər, hakim! Bravo!”

"Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi "Real”la Çempionlar Liqasının dünənki oyunu ilə bağlı fikrini bildirib.

Qol.az-ın xəbərinə görə, fransalı futbolçu İnstagramdakı rəsmi səhifəsində oyunun baş hakimi Viktor Kaşşaidən narazılığını ifadə edib.

O, matçdan sonra "Real”ın 2 qolu ofsayddan vurduğunu göstərən şəkillər paylaşıb. Lakin sonra şəkilləri pozub.

Həmin şəkillərdən birində Riberi "Hakimin gərgin əməyi. Təşəkkürlər, hakim! Bravo!” – sözlərini yazıb.