Rio-2016: Toğrul Əsgərov gümüş medal qazandı

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov final görüşünü keçirib.

APA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Rusiya təmsilçisi Soslan Ramonov ilə güləşib. Bunadək bütün rəqiblərini məğlub edən Toğrul Əsgərov bu dəfə qələbə qazana bilməyib – 2:3.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.