Britaniyalı model Luciana Curtis, əri və 11 yaşlı oğlu Braziliyada qaçırılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Beyonse ilə birlikdə çalışmış, "Marie Claire" və "Cosmopolitan" jurnallarının üz qabığına çəkilmiş Luciana Curtis San-Pauluda restorandan çıxarkən fotoqraf əri Enrike Gendre və 11 yaşlı uşağı ilə birlikdə girov götürülüb. Silahlı soyğunçular onları pusquya salaraq 12 saata yaxın saxlayıb, avtomobillərini oğurlayıblar və onları azad etməzdən əvvəl bank hesablarından pul götürüblər.
Hadisədən cütlüyün böyük oğlu xəbərdar olub. O, qısa zamanda polisə və qohumlarına xəbər verib. Soyğunçular aktrisa və ailəsini sərbəst buraxıblar.