Ruhani Putinlə görüşdə əsas hədəfini açıqladı

İran prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bəyan edib ki, Rusiya Federasiyası və İslam Respublikası arasında əməkdaşlıq üçüncü ölkəyə qarşı yönəlməyib.

AzVision.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ruhani vurğulayıb ki, son illər ölkələr arasında münasibətlər pozitiv olaraq inkişaf edir. O, həmçinin danışıqlar zamanı əlaqələrin inkişafı üçün yeni addımların atılacağına ümid etdiyini söyləyib:

"Bizim beynəlxalq terrorizm və narkotik təhlükəsi ilə mübarizədə yaxşı təcrübəmiz var. Son hədəfimiz regionda sülh və sabitliyin möhkəmləndirilməsidir. Bizim əlaqələrin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib”.