Səudiyyə Ərəbistanının Yəmənə münasibətdə hərbi kampaniyası böyük strateji səhvdir. Musavat.com-un
xarici KİV-ə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatı İran
prezidenti Həsən Ruhani İran "Qızıl Aypara” cəmiyyətinin konfransında
çıxışı zamanı verib.
"Ər-Riyad Yəməndə hərbi
kampaniyaya başlamaqla çox böyük strateji səhvə yol verib. Əslində bu,
müharibə də deyil, qonşu ölkəyə vicdansızcasına hücumdur. Bu kasıb
ölkəyə inkişaf eləmək üçün kömək göstərmək əvəzinə, Səudiyyə Ərəbistanı
yoxsul Yəmən xalqını bombalayır” – qeyd edib İran dövlət başçısı.
Onun
sözlərinə görə, ölkədə yaranan fəlakətli humanitar vəziyyət "bütün
dünya üçün tarixi sınaqdır”. O, Tehranın bundan sonra da Yəmənə
humanitar kömək göndərmək üçün bütün imkanlardan istifadə edəcəyini
bildirib.