Rusiya helikopterini ABŞ raketi ilə belə vurdular - VİDEO

Helikopter Suriya ordusunun nəzarətində olan ərazidə yerə çırpılıb, ekipaj həlak olub.

Suriyada rusiyalı pilotlar tərəfindən idarə olunan  "Mi-25” döyüş helikopteri ABŞ istehsalı olan TOW tank əleyhinə raket kompleksindən vurulub. 

sabahinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə "İnterfaks”a Rusiyanın hərbi dairələrindəki mənbə bildirib.   

"Əldə olunan məlumata görə, terrorçular ABŞ istehsalı olan TOW kompleksindən istifadə ediblər. Helikopter döyüş sursatını istifadə edərək geri qayıdan zaman vurulub”, - deyə mənbə bildirib.

Qeyd edək ki, Suriyada "Mİ-25” döyüş helikopteri İŞİD terrorçuları tərəfindən vurulub, nəticədə iki rusiyalı pilot həlak olub. 

"2016-cı ilin iyulun 8-də təlimçi rusiyalı pilotlar Rəfaqət Xabibullin və Yevgeni Dolqin Suriya Hərbi-Hava Qüvvələrinə məxsus "Mi-25” helikopteri ilə ("Mi-24”-ün ixrac variantı) Homs əyalətində uçuş həyata keçiriblər. Bu zaman Palmiranın şərqində İŞİD-in böyük dəstəsi Suriya ordusunun mövqelərinə hücum edərək sürətlə irəliləməyə başlayıb və strateji yüksəklikləri nəzarətə götürməyə çalışıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.    

Məlumatda bildirilir ki, terrorçulara qarşı döyüş sursatını istifadə edən helikopter bazaya dönərkən terrorçular tərəfindən vurulub. Helikopter Suriya ordusunun nəzarətində olan ərazidə yerə çırpılıb, ekipaj həlak olub.