Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Suriya ilə bağlı görüş keçirəcək

Dekabrın 20-də Rusiya, Türkiyə və İran xarici işlər nazirlər arasında  Suriya böhranı ilə bağlı görüş keçirilə bilər.

 

APA-nın "Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq Rusiya xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Məhəmməd Cavad Zərifi ilə telefon danışığında əldə edilib.

 

Görüş Suriyada proseslərin sürətli inkişafı nəzərə alınaraq zəruri sayılıb.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Astanada Suriya ilə bağlı görüşün keçirilməsi barədə müzakirə aparıb.