Rusiya və ABŞ arasındakı 32 illik müqaviləyə xitam verildi

Rusiya Xarici İşlər Nazirliyi ABŞ ilə imzalanmış "Qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilə”yə rəsmi olaraq xitam verildiyini açıqlayıb.

"Euronews” xəbər verir ki, müqavilə 8 dekabr 1987-ci il tarixində ABŞ və SSRİ arasında imzalanıb.

Fevralın 2-də ABŞ bu müqavilənin icrasına yenidən qayıtmaq üçün Rusiyaya 6 ay vaxt vermişdi. LakinRusiya bundan imtina edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin müqavilənin dayandırılması haqqında federal qanunimzalayıb. Sənəddə deyilir: "Sovet Sosialist Respublikaları İttifaqı və Amerika Birləşmiş Ştatları arasında 1987-ci il dekabrın 8-də Vaşinqton şəhərində orta və qısa mənzilli raketlərinin ləğvinə dair imzalanmış müqavilə dayandırılsın”.(oxu.az)