Rusiya və Ermənistan parlament rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər müzakirə olunub.

 

Məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativin olmadığını, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.