Rusiyada erməni biznesmen Aleksandr Baqiryan keçmiş şəriki tərəfindən güllələnib.
AzVision.az"mk.ru” saytına istinadən xəbər verir ki, insident 19 aprel tarixində Moskvanın cənubunda, borc üstündə baş verib. Belə ki, bir neçə il bundan qabaq iş adamları şərik olaraq içkilər istehsal edən zavod açıblar. Lakin ticarətin uğursuz olması iki biznesmenin yollarını ayırıb.
Erməni iş adamı isə şərikinə 3 milyon borclu qalıb. Ancaq Baqiryan borcunu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirib. Sonuncu dəfə tərəflər arasında danışıq münaqişə ilə bitib.
Belə ki, adı açıqlanmayan şəxs keçmiş şərikinin yanına gəlib, ofisin qarşısında mühafizəçilərin və işçilərin qarşısında tapancadan atəş açıb. Qeyd olunub ki, erməni biznesmenə ən azı beş güllə dəyib.
Baqiryanı qarın boşluğunun yarası ilə ağır vəziyyətdə xəstəxanaya gətiriblər. Həkimlərin müdaxiləsinə baxmyaraq erməni biznesmen ölüb. Mühafizəçilər isə həmin şəxsi saxlayaraq polislərə təhvil veriblər. Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.