Rusiyadan Misirə sərnişin reysləri dayandırıldı

Rusiyadan Misirə bütün sərnişin reyslərinin həyata keçirilməsi dayandırılıb. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda deyilir: "2015-ci il noyabrın 6-dan Moskva vaxtı ilə saat 20:00-dan Rusiyanın bütün kommersiya aviaşirkətləri və ümumi təyinatlı aviasiya daşıyıcıları Misir ərazisinə bütün mütəmadi, tranzit və çarter reyslərinin həyata keçirilməsini dayandırır".