Rusiyalı aktrisa Yelena Proklova BƏƏ-nə səfəri zamanı İslamı qəbul edib.
sabahinfo.Az axşam.az-a istinadən bildirir ki, 63 yaşlı aktrisa səfər zamanı dostu, iş adamı İsmagil Şanqareyevlə görüşüb, məscidə gedib, İslamı qəbul edib və şəhadətnaməni söyləyib.
Xəbəri də elə İ.Şanqaryev yayıb:
"Yelena İslam sivilizasiyanından heyrətləndiyini və bizim dini sevdiyini söylədi. Onun gələcək kürəkəni və nəvələri müsəlman olacaq. İslam dini haqqında ona ətraflı məlumat verdim. Çox sevdi İslamı. Şeyx Zahid məscidində şəhadətnaməni söyləyərək İslamı qəbul etdi. Allaha yalvardı ki, özündə, övladlarında və nəvələrində hər şey yaxşı olsun".