Rusiyalı atletlər Olimpiadadan kənarlaşdırılacaq

Lozannada sammit keçirilib.

Lozannada keçirilən sammitdə Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunları 2016-dan kənarlaşdırmağa dair Beynəlxalq Yüngül Atletika Assosiasiyaları Federasiyasının (IAAF) qərarını dəstəkləyib. 

sabahinfo.az  bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

BOK-un qərarı tövsiyə xarakterlidir. 

Bununla yanaşı, Ümumrusiya Yüngül Atletika Federasiyası IAAF qərarından Lozannada İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək imkanını nəzərdən keçirir. Bununla yanaşı, hər bir idmançının apellyasiya şikayəti vermək imkanı mövcuddur.