Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin rəhbərliyi altında nümayəndə heyəti Azərbaycana gəlib.
sabahinfo.Az bu barədə Rusiya KİV-nə istinadən məlumat yayıb.
Baş nazirin müavininin bu gün Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcəyi, eləcə də Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edəcəyi gözlənilir.
Tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.
Heyətin tərkibinə həmçinin Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Leonid Slutski də daxildir.