İmkanlı türklər Rusiya tərəfindən qadağaya məruz qalaraq geri göndərilən 10 ton portağalı satın alaraq insanlara paylayıblar.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar bununla Türkiyə xalqının gücünü nümayiş etdirmək istəyiblər.
"Hamı Türkiyə xalqının və Türkiyə dövlətçiliyinin gücünü bilməlidir", — deyə aksiya iştirakçılarından biri bildirib.
Qadağan olunmuş məhsullar siyahısına meyvə və tərəvəzlər, əsasən də, naringi, portağal və pomidor daxil edilib.