İŞİD terror təşkilatı Rusiyanı terror aktları ilə hədələyib.
Sabahinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı terror təşkilatının rus dilində videoçarxı yayılıb. Videoçarxda təkcə Rusiya deyil, ümumiyyətlə dünyanın tezliklə qan gölünə çevriləcəyi bildirilib.
İŞİD sentyabrında internetdə dərc etdiyi videoda Qafqazda müharibəyə başlayacağını bildirərək Rusiyanı hədələmişdi. İŞİD-in səhra komandirlərindən olan Ömər əl-Şişani özü ilə minlərlə müsəlmanı Rusiyaya gətirəcəyinə və Moskvadan qisas alacağına söz vermişdi.