Sahibsiz itlər Sumqayıt sakinləri üçün problemə çevrilib. sabahinfo.az saytı xəbər verir ki, "Xəzər xəbər”in məlumatına görə, sahibsiz itlər sürü halında artıq küçələrdə gəzirlər.
Məlumata görə, sahibsiz itlər insanlara hücum etməkdən də çəkinmirlər. Problemdən çox əziyyət çəkənlər isə məktəblilərdir.
Məsələ ilə bağlı Sumqayıt Mənzil-Kommunal Təsərüffatı İstehsalat Birliyindən bildirilib ki, itlərin öldürülərək zərərsizləşdirilməsi qadağandır. Bu səbəbdən də sakinlərin müraciətləri əsasında, bu ilin 9 ayı ərzində 300-ə yaxın sahibsiz it tutularaq paytaxtda yerləşən sığınacaqlara yerləşdirilib. Şəhər ərazisində bu cür tədbirlər mütəmadi olaraq davam etdirilir.