Sankt-Peterburqda Qarabağ üzrə sammitə hazırlaşırlar

Görüş üçtərəfli formatda keçiriləcək.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin cümə axşamı Fransanın RF-dəki səfiri Jan-Moris Riperlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Sankt-Peterburqda keçiriləcək üçtərəfli sammitə hazırlığı müzakirə edib.

sabahinfo.az  xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in saytında yerləşdirilib. 

Görüşdə həmçinin Ukraynadakı böhranın həlli üzrə beynəlxalq səylərlə əlaqədar məsələlər müzakirə olunub. Tərəflər Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyətə də toxunublar.

Jan-Moris Riperi həmçinin Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri, rəsmi Parisin "Şərq tərəfdaşlığı” məsələləri üzrə səfiri Pyer Andrie müşayiət edib.