“Şapekoense” klubuna Cənubi Amerika Kuboku təqdim edilib

Oyunçularının əksəriyyəti təyyarə qəzasında həyatını itirən Braziliyanın "Şapekoense” klubuna Cənubi Amerika Kuboku təqdim edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xüsusi mərasim Paraqvayın paytaxtı Asunsonda, Libertadores Kuboku-2017-nin püşkatması çərçivəsində baş verib.

 

Bundan əvvəl Cənubi Amerika Kubokun finalında braziliyalıların  rəqibi olan Medelyinin "Atletiko Nasyonal” klubu  CONMEBOL-a müraciət edərək "Şapekoense”-ni turnirin qalibi elan etməyi təklif etmişdi.

 

Xatırladaq ki, noyabrın 29-da  Braziliya klubunu Cənubi Amerika Kubokunun ilk final oyununa aparan təyyarə Kolumbiya ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində "Şapekoense” klubunun futbolçuları və məşqçiləri daxil olmaqla  71 nəfər ölüb,  üçü futbolçu olmaqla, 6 nəfər sağ qalıb.