Səfirliyin əməkdaşının qızını küçədə soydular

Naməlum cinayətkarlar Rusiya paytaxtında Venesuela səfirinin müşaviri Xoqlisa Xesus Martinesin qızı Yaniru Kariyunu qarət ediblər. 


Soyğunçular qızın altı min rubl pulunu və diplomatik kartını götürüblər.

Zərər çəkən bildirib ki, o, anası ilə birlikdə Çvetnoy bulvarda kafelərdən birində dincəlirmiş. Gecə yarıya yaxın onlara iki kişi yaxınlaşıb və açıq-aydın şəkildə içində qiymətli şeylər olan əl çantanı götürüb qaçıblar.

Faktla bağlı araşdırmalar aparılır.